Ukraynanın paytaxtı Kiyevdə dövlət məmuru yol polisinə silah çəkib.
Məlumata görə, avtomobil idarə edərkən sərxoş halda yaxalanan şəxs əvvəlcə sakit halda saxlanılmasının səbəbini soruşub. Sonra isə telefonunu yol polisinə uzadaraq kiminlə isə danışmasını istəyib. Bu istəyi rədd edildikdə özündən çıxan sərxoş sürücü arxa cibindəki tapançanı polislərə tuşlayır.
Tapançanı görən polis əməkdaşları vahiməyə düşürlər və silahı yığışdırmasını tələb edirlər. Guya nə baş verdiyini anlamayan sərxoş məmur "Niyə?" deyərək soruşur və xeyli müddət tapançanı əlində saxlayır.
Danışıqlıqlar nəticəsində sakitləşən məmur xidməti vəsiqəsini göstərərək mütəşəkkil cinayətkarlıqla operativ mübarizə şöbəsinin rəisi olduğu bildirir. Konstantin adlı şəxsin belə bir vəzifədə çalışmasına baxmayaraq qanulara riayət etməməsi yol polislərini məyus edir. Videonun sonunda isə məmurun həbs edilib-edilmədiyi naməlum qalsa da, Ukrayna KİV-də onun həbs edildiyi və vəzifəsindən kənarlaşdırıldığı yazılır.
Baş verənlər anbaan videoya çəkilib
Sükan arxasında əyləşən məmurların polisə silah çəkməsi deyəsən Ukraynada adi hala çevrilib. Bundan bir neçə ay əvvəl başqa bir məmur sərxoş halda saxlanılarkən qəzəblənib silah çıxarmışdı. Kiyev vilayətinin Makarovski rayon məhkəməsinin hakimi Oberemko Vladislav Aleksandroviç gecə yarısı öz şəxsi "БМВ Х-5" markalı avtomobilini sərxoş halda idarə edərkən inspektorun saxlama əmrinə əhəmiyyət vermir. Bunun ardınca hakim həyacan siqnalı verən "Yol Nəzarəti" əməkdaşlarının maşını ilə təqib edilir. DYP əməkdaşları itaətsizlik göstərən sərxoş məmurun zərərsizləşdirilməsi üçün onlardan kömək istəmişdi. Avtomobili saxlayan sərxoş sürücü "Makarov" tipli tapançasını polis əməkdaşına uzadaraq "Mən indi səni güllələyəcəm" deyərək hədələyir.
Kiyev vilayətinin Makarovski rayon məhkəməsinin hakimi Oberemko Vladislav Aleksandroviç polisi silahla hədələyir/anspress/