Sərnişin təyyarəsi yoxa çıxdı
19.05.2016 649 0.0 0

Paris-Qahirə reysini həyata keçirən sərniçin təyyarəsi yoxa çıxıb. “EgyptAir” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib.  "Reuters"ə istinadla verilən məlumata görə, hava gəmisinin göyərtəsində 69 nəfər olub. Təyyarədə olanlardan 59-u sərnişin, 10-u isə şəxsi heyət olub. Sərnişinlər arasında 3 azyaşlının da olduğu qeyd edilib. 

Şirkətin ilk açıqlamasında qeyd edilib ki, 804-cü reyslə Parisin "Şarl de Qoll" hava limanından havaya qalxan təyyarə cümə axşamı Qahirə Beynəlxalq Hava Limanına enməli idi.

Təyyarə yerli vaxtla 23:09-da uçuş zolağından qalxan “Airbus 320”-nin sonuncu dəfə Afina və Türkiyə hava məkanında radio əlaqəyə girdiyi bildirilib. Təyyarə Misirin hava məkanına girə bilib. Radarlardan itən zaman o 11 min metr hündürlükdə olub. 

"Airbus 320"-nin axtarışlarına başlanılıb.

Məlumata görə, təyyarə 2003-cü ildə istehsal edilib. Bu barədə şirktin "Twitter"dəki hesabında məlumat verilib. 

Hava gəmisinin kapitanı 6275 saat uçuş təcrübəsinə malik olub. Onun 2101-i adıçəkilən təyyarədə olub. İkinci kapitanın uçuş təcrübəsi isə 2766 saat olub. 

 

"EgyptAir"in yaratdığı qərargah



"EgyptAir" baş verən hadisə ilə bağlı qərargah yaradıb. İtən təyyarənin axtarışına həm Misir, həm də Yunanaıstandan olan hərbi təyyarələr də cəlb edilib. 

 
Misirin mülki aviasiya naziri Şərif Fatxi Səudiyyə Ərəbistanına səfərini yarımçıq saxlayaraq ölkəsinə geri qayıdıb. 

Məlumata görə, "EgyptAir"in təyyarəsi ilə bağlı sonuncu insident mart ayının sonunda baş verib. Məlumata görə, o zaman da 59 yaşlı misirli Seyfəddin Mustafa "Airbus A320" təyyarəsini girov götürmüş, onu partladacağı ilə hədələmişdi.

Daha sonra o girovları azad edərək, polisə təslim olmuşdu. Axtarış zamanı onun üzərində heç bir partlayıcı maddə aşkar edilməyib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar