Sərnişin təyyarəsi təcili eniş edib
11.12.2019 485 0.0 0

Rusiyanın Ufa şəhərində "Krasavia" şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

"TASS"a istinadən verilən məlumata görə, göyərtəsində 73 sərnişin olan təyyarə mühərrikində nasazlıq yaranması səbəbindən eniş etməli olub.

Bildirilir ki, "Yak-42" təyyarəsi Ufadan Nijnevartovska uçurmuş. Lakin mühərrikdə nasazlıq yarandıqdan sonra təyyarə geri qayıtmaq məcburiyyətində qalıb.

Şəhər prokurorluğu insidentlə bağlı araşdırma aparacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar