Sərkisyanın təyyarəsini partlatmaq istəyiblər
23.12.2015 633 0.0 0

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin noyabr ayında neytrallaşdırdığı silahlı dəstə prezident Serj Sərkisyanın təyyarəsini partlatmağa hazırlaşırdı.

Bildirək ki, bu barədə Ermənistanın “Qraparak” qəzet hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır.

“Silalı qrupun tərkibinə beş altqrup daxil olub, onlar eyni vaxtda Prezident Administrasiyasını, hökumət binasını, parlamenti, Konstitusiya Məhkəməsini və teleqülləni ələ keçirməyə hazırlaşıb. Əməliyyatın əsas hissəsi həmin vaxt Fransaya səfərə hazırlaşan prezident Serj Sərkisyanın təyyarəsinin partladılması olmalı idi (Sərkisyan Parisə noyabrın 29-da səfər edib)” - deyə qəzet yazır.

Bildirilir ki, əməliyyat yaxşı hazırlanmışdı. Ancaq silahlı qrupun rəhbəri Artur Vardanyan səhvə yol verib və görüşməli olmadığı adamla görüşüb. Nəticədə xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşüb.

Xatırladaq ki, noyabrın 25-də Ermənistan xüsusi xidmət orqanları və polisi İrəvan ətrafındakı evlərin birində silahlı bandanın üzvlərini yaxaladıqlarını açıqlayıblar. Dekabrın 19-da isə Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan bu dəstə ilə əlaqəli olmaqda şübhəli bilinərək həbs edilib.

Lakin Ermənistan ictimaiyyəti bu bandanın yaxalanması əhvalatını xüsusi xidmət orqanlarının referendum ərəfəsində hakimiyyətə reytinq qazanmaq xatirinə quraşdırdığı oyun hesab edirdi. /Virtualaz.org/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar