1999-cu il Erəmənistan parlamentində baş vermiş qalmaqallı silahlı insidentlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Bu cinayatin sifarişçilərinin kim olduğu ilə bağlı sesasion açıqlama verilib və Ermənistanın indiki prezidenti Serj Sarkisyanın adı hallanır. Onun 17 il əvvəl Ermənistan parlamentində törədilmiş hadisənin kim olduğunu bilib cinayətkarı gizlətdiyi üzə çıxıb. Artıq Sarkisyanla bağlı Baş prokurorluğa müraciət də olunub.
Məlumata görə, Ermənistanın 'Respublika' partiyasının rəhbəri Aram Sərkisyan 1in.am kanalına müsahibəsində deyib ki, Ermənistan parlamentinin 1999-cu il oktyabrın 27-də törədilən qırğının sifarişçisinin kim olduğunu prezident Serj Sərkisyanın bilir.
'Bir dəfə mən ondan bu haqda soruşdum. Sərkisyan mənə etiraf etdi ki, bu, təşkil olunmuş cinayət idi və günlərin birində təşkilatçının kim olduğunu mənə danışacaq. Qoy o, indi bunu açıqlasın, mən cavab gözləyirəm', - Aram Sərkisyan bildirib.
Bu açıqlamadan sonra Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Baş prokurorluğa ərizə verərək Sərkisyanın cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. A.Sakunts ərizəsində yazıb ki, Sərkisyanın bu cür cinayəti bilib gizlətdiyi üzə çıxır.
'Bu, yeni məqamdır və Baş prokurorluq, Milli Təhlükəsizlik Xidməti 27 oktyabr hadisəsi ilə bağlı araşdırmalara yenidən başlamalı, Sərkisyanın ifadəsi alınmalıdır', - hüquq müdafiəçisi bildirib.
Aram Sərkisyan - Ermənistanın 'Respublika' partiyasının rəhbəri
Habelə o, parlamentin xüsusi iclasını çağırmağı və Sərkisyanın orada izahat verməsini tələb edib. Sakunts həmin şəxsdir ki, bir müddət əvvəl vəhşicəsinə döyülmüşdü. O, Azərbaycanla bağlı bir neçə sənədli film hazırlamaq istəyinə görə cəzalandırılmışdı.
Xatırladaq ki, erməni parlamentində bu hadisə Robert Koçaryanın prezidentliyi dövründə olub, Koçaryanla hazırki prezident Sarkisyan Dağlıq Qarabağda cinayətkar dəstələrə başçılıq edib, Azərbaycan torpaqlarında törədilən qətliamların iştirakçıları bu şəxslərdir.
Hadisəyə gəlincə, 1999-cu il oktyabrın 27-də Nairi Unanyan adlı erməni bir qrup silahlı şəxslə Ermənistan parlamenti binasına soxularaq, tribunada əyləşən baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçiyana atəş açmış, aldıqları güllə yarasından hər iki şəxs yerindəcə ölmüşdülər.
Silahlılar daha sonra spikerin müavinləri Ruben Baxşiyanı, Ruben Qiroanı, energetika nazirini Lionar Pesrosyanı, daha bir neçə deputatı güllələyiblər. Digərlərini isə girov saxlayıblar. Hökumət qüvvələri ilə danışıqlardan sonra silalılar təslim olaraq girovları azad etmişdilər./anspress/