Sərhəd Xidmətində döyüş hazırlığını yoxlanılıb
30.11.2015 519 0.0 0

Qazeta.info Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, 2015-ci ilin noyabr ayının 24-26 tarixlərində Dövlət Sərhəd Xidmətinin döyüş hazırlığı proqramına uyğun olaraq çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb.

İlkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilmiş rayona  helikopterlərlə desant çıxarma bacarıqları yoxlanılmış, desantın paraşüt tullanışları müvəffəqiyyətlə yerinə yetirilmişdir.

“Həyəcan” komandası ilə qaldırılmış çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatmış və döyüş tapşırığının dərhal icrasına başlamışlar. Müəyyən olunmuş hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilmişdir.

Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqəndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanılmışdır. Aviasiya və döyüş texnikasının yüksək manevr imkanları, bölmələrin şəxsi heyəti tərəfindən möhkəm intizam və peşəkarlıq nümayiş etdirilmişdir.

Yoxlama tədbirlərini Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev izləmişlər.

Yoxlamaya cəlb olunmuş bölmələrin döyüş qabiliyyəti yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarının icrasının təmin edilməsi üzrə əlavə göstərişlər verilmişdir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar