Sərhəd qoşunlarının əsgərləri and içib
10.08.2015 667 0.0 0

09 avqust 2015- ci il tarixdə Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Qazeta.info DSX-nin məlumatına əsasən bildirir ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılmışdır.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor İlham Mehdiyev Ulu Öndər Heydər Əliyevin müəyyənləş­dirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviy­yə­si­nə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin  olun­ma­­sı istiqamətində davamlı dinamik inkişafa nail olunduğunu qeyd etmişdir. Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəf­lə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulamış, dövlətimizin ali diqqət və qayğısı sayəsində yaradılmış şəraitdən bəhrələnərək xidmətdə yüksək nəticələrə nail ola­caq­larına və hərbi anda sadiq qalacaqlarına əminliyini bildirmişdir.
Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbər­li­yi­nə minnətdarlıqlarını bildirmiş, öz övladlarını təbrik edərək Vətən sər­­həd­lərinin keşiyində ayıq- sayıq dayanmağı tövsiyə etmişlər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar