Sərəncam-Bir çox büdcə təşkilatlarında MAAŞLAR ARTDI
18.01.2016 635 0.0 0
Belə ki, Qazeta.info xəbər verir  ki, Azərbaycan Respublikası Prezidenti  Sosial təminat müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb

Daha sonra , ölkə başçısı Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrindəDövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması haqda sərəncam verib.

Bundan başqa prezidentin növbəti sərəncamları ilə, Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) və Dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Qazeta.info xəbər verir ki, prezidentin digər sərəncamı ilə,  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

 Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə  bu Sərəncamlardan irəli gələn məsələləri həll etməsi tapşırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar