“Osmanlı arxivləri “soyqırımı” iddiasında olanların üzünə açıqdır. Cəsarətiniz varsa siz də qıfıllı daşnaq arxivlərini açın”. Məlumata görə, bu sözləri mərhum Turqut Özalın müşaviri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) sədri Həcən Cəlal Gözəl deyib. Avropa Parlamentinə səslənən Həsən Cəlal Gözəl Osmanlı arxivlərinin açıq olduğunu deyərək meydan oxuyub:
“Bu şərəfsizlər yalan deyirlər. Ola bilməz ki, Osmanlı arxivlərinin açıq olduğunu bilməsinlər. Osmanlı arxivini mərhum Özalın təşviqi ilə 1984-cü ildə istifadəyə açdım. O vaxt 150 milyon arxiv materialı vardı. Arxivin sadəcə 8 əməkdaşı vardı. Bu sayı sürətlə 250 nəfərə çatdırdıq. İki idarə binasını ayırdıq. Arxivin təsnifi az vaxt ərzində başa çatdı. Bundan başqa Cümhuriyyət arxiv binası tikdirdik. Osmanlı arxivi dünyanın ən böyük arxividir və hər kəsə açıqdır. 150 milyon arxiv materialı var və hamısı da sinifləndirilib. Erməni diasporunun ən mikrob insanı gəlsin, “mən bu sənədi görmək istəyirəm” – desin. Bir dəqiqə keçmədən həmin sənədin mikrofilmini ona veriləcək. Bizim arxivlərdən başqa ABŞ konqresinin kitabxanasl və arxivi var. Həmçinin İngiltərə arxivi və Amerika misioner arxivi var. Fransa, Almaniya, Rusiya, Azərbaycan arxivi var... Dünyada bağlı olan sadəcə Ermənistanın daşnaq arxividir. Bu arxiv hətta erməni araşdırmaçılar üçün də bağlıdır. Biz bu adamlara açıqca meydan oxuyuruq, hamınız birlikdə gəlin, arxiv materialları ortada, açıq meydan deyirik. Onlara arxivləri açın demirik. Biz özümüzə arxayınıq və buyurun gəlin deyirik”. /anspress/