Şəmkirli Nuruşun milyonluq sünnəti - Lənkəranski toyda-VİDEO
25.12.2015 1573 0.0 0
Məlumata görə, Şəmkirli Nuruş kimi tanınan və Moskvanın “Domodedovo” bazarına rəhbərlik edən soydaşımız oğluna sünnət toyu etdirib. Allah mübarək etsin. 
 
Toy Türkiyənin Antalya şəhərində, keçmişdə AST Telmana məxsus olan məşhur “Mardan Palace” otelində keçirilib. İştirakçılardan birinin musavat.com-a verdiyi məlumatda deyilir ki, Moskvadakı bir sıra bazar adamları, ticarətlə zəngin olan azərbaycanlılar bu sünnət toyunda iştirak ediblər. Maraqlı fakt həm də budur ki, bu sünnət toyunda yeraltı dünyanın kriminal liderlərindən olan Rövşən Lənkəranski də iştirak edib. Aşağıda baxacağınız videonun əvvəlində mühafizə ilə otelin toy keçirilən salonuna daxil olan məhz Rövşən Lənkəranskidir. 
 
Toyda Türkiyənin və Azərbaycanın ən bahalı müğənniləri , o cümlədən də Əbru Gündəş oxuyub. Bu tədbirə bazarkom Nuruş milyonlarla pul xərcləyib. Nuruşu yaxından tanıyan adamlar deyirlər ki,  o, hələ ömrü boyu vətən, millət adına bir manat da xərcləməyib. Lakin eyş-işrətə, şan-şöhrətə “of” demədən milyonlarla vəsaiti göyə sovurur. 
 
Nuruş Şəmkirin Seyfəli kəndindəndir, daha bir yerlisinin -  “Şəmkirli Məhərrəm”in yaxın adamıdır və məhz onun sayəsində böyük vəsaitlər qazanıb. /musavat.com/
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar