Şəmi ANS-dən üzr istəyəcək
26.09.2015 662 0.0 0

Nəsimi rayon məhkəməsi aparıcı və aktyor İlkin Həsənlinin ANS Müstəqil Yayım və Media Şirkətini (MYMŞ) və onun əməkdaşlarını təhqir etməsi məsələsinə aydınlıq gətirib. 

Məlumata görə, ANS MYMŞ-nın İlkin Həsəniyə qarşı qaldırdığı iddia üzrə birinci instansiya məhkəməsi 23 sentyabr 2015-ci il tarixində yekun qətnamə qəbul edib. 

Qətnaməyə əsasən: “İlkin Aydın oğlu Həsənli 22 may 2015 ci il tarixində öz Facebook səhifəsində ANS-ə ünvanladığı sözləri elə həmin sosial şəbəkə vasitəsi ilə öz adından təqzib edilməklə, ANS şirkətindən, onun rəhbərliyindən və əməkdaşlarından üzr istəməlidir.

 

 

ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova məhkəmənin qərarından razı qaldığını deyir.

"Məhkəmə araşdırmaları zamanı, yəni 03.09.2015 tarixində İ. Həsəninin ANS MYMŞ-ın işgüzar nüfuzunu ləkələyən məlumat və ifadələrin yer aldığı sosial şəbəkədə olan statusu silindiyi məlum oldu. Lakin əvvəlcədən həmin statusun şəklini götürdüyümüz və bir saytların bu statusdan xəbər düzəltməsinə görə heç bir çətinlik yaşanmadı",-deyə hüquqşünas bildirdi.

İlkin Həsənli 22 may 2015 tarixində öz facebook səhifəsində www.youtube.com sosial şəbəkəsindən yerləşdirdiyi videoya başlıq kimi ANS-i təhqir edəcək status paylaşmışdı.

Həmin status belədir: “14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiz,onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməli idiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!”.

 

İlkin Həsənlinin statusu

Bu statusdan sonra bir sıra xəbər portalları bu təhqir dolu xəbərləri tirajlamışdı.

 


Statusdan xəbər çıxaran saytlardan bir neçəsi

 

Bundan sonra ANS MYMŞ açıq şəkildə bəyanat verib. Həmin bəyanata deyilir: "ANS bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük. Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəcəyik"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar