Səməd Seyidov: Ermənistan danışıqlar prosesini pozmaq niyyətindədir
10.05.2016 456 0.0 0

“Ermənistan bütün vasitələrlə danışıqlar prosesini pozmaq niyyətindədir”.

Məlumata görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, Ermənistan istəsə də, istəməsə də, danışıqlar status-kvonun dəyişməsinə gətirib çıxaracaq: “Masamızın üstündə 4 qətnamə və bütün beynəlxalq müşahidəçilərin, bu prosesdə iştirak edən şəxslərin status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatları var. Buna yol verməmək, prosesi dayandırmaq üçün Ermənistan əlindən gələni edir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar