Səkkiz aya xərçəngdən özünü belə xilas etdi
21.02.2017 1340 0.0 0

Xarici KİV-lərə istinadla verilən xəbərə görə, çoxsaylı uşaq kitablarının müəllifi Enn Kamerona yoğun bağırsağında xərçəngin olması diaqnozu qoyulan zaman o bərk sarsılmışdı. 2012-ci ilin iyun ayında onun xəstəliyi təhlükəli, yəni üçüncü mərhələyə çatmışdı. Bunları xatırlayan Enn Kameron yazır: “Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin altı aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü - ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Orada dəri xərçəngi diaqnozu qoyulmuş bir kişinin gündə təxminən iki litr artıq kök şirəsi içməklə özünü müalicə etdiyi bildirilirdi. Qərara gəldim ki, bu, mənim şansımdır”.

E.Kemeron kök şirəsini içməyə başlayandan sonra səkkizinci həftədə onun orqanizmində şişin inkişafı dayanıb. Dörd aydan sonra şiş kiçilməyə başlayıb və onun ağciyərləri xərçəngdən təmizlənib. Səkkiz aydan sonra isə həkimlər xərçəngin tamamilə yoxa çıxdığını bildiriblər. Bunu bir neçə klinikanın müayinəsi təsdiqləyib.

E.Kemeron bu barədə yazdığı “Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitabı çox yaxşı satılır.

Kökün belə effektli olması tapmaca kimi qalır. Hələlik bir şey aydındır: xərçəng ölüm hökmü deyil, ənənəvi təbabətlə yanaşı, təbii dərmanlardan istifadə edilməsinə isə heç nə mane olmur./azertag.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar