Bakının Yasamal rayonunda tanınmış prodüsser qətlə yetirilib.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə aprel ayının 30-da gecə saatlarında, Zahid Xəlilov küçəsində baş verib.
Həmin küçədə yaşayan 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirovun meyiti tapılıb. Onun meyitinin üzərində 10 yaxın bıçaq zərbələri olub.
Məlumat daxil olan kimi hadisə yerindən araşdırmalar aparılıb. Qətli tördən şəxslər tutulub. Keçirilənə məliyyat zamanı 2 nəfər saxlanıldığı bildirilib.
Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsindən “Report”a verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib.
Hadisə ilə əlqədar müğənni Səidə Sultanla Əlaqə saxladıq. Müğənni açıqlamasında Hamlet Cahangirovun həqiqətən də onunla bir müdət işlədiyini təsdiqlədi.
“Bəli, mən Hamletlə 8 ay birgə işləmişəm. 2 ay olardı ki, biz əməkdaşlığımızı dayandırmışdıq. Sakit insan idi. Heç kimlə işi olmazdı. Bildiyimə görə, borcu vardı. Borcu olan insanlar onu sıxışdırırdı. Həttə polisə vermişdilər. Çox pis oldum”, - deyə müğənni bildirib./anspress/