Şəhriyar Məmmədyarov şahmat üzrə İddiaçılar Turnirində liderdir
12.03.2018 945 0.0 0

Bu gün şaxmat üzrə İddiaçılar Turnirinin üçüncü turu keçiriləcək.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, turnirdə iştirak edən Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov üçüncü turda ABŞ təmsilçisi Fabiano Karuano ilə qarşılaşacaq. İkinci turda Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla heç-heçə edib.

İki turun nəticələrinə əsasən, turnir cədvəlində ilk pillədə Məmmədyarov, Kramkin və Karuana (1,5 xal), ikinci pillədə Aronyan, Qrişyuk və Din Lijen (1 xal), üçüncü pillədə isə Karyakin və So (0,5 xal) qərarlaşıblar.

Turnir martın 27-nə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar