Səhiyyə Nazirliyindən «donuz qripi» açıqlaması
08.12.2015 465 0
“Azərbaycanda “donuz qripi” (A/H1 N1-red.) ilə bağlı hər hansı şübhəli hal qeydə alınmayıb. Epidemioloji durum daim nəzarət altındadır”. Qazeta.info bildirir ki, barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “donuz qripi” təhlükəsinə görə Səhiyyə Nazirliyinin aidiyyəti qurumlarına hər hansı bir müraciət daxil olmayıb.
Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin tabeliyində olan sanitar-karantin şöbələrində ölkəyə daxil olan əcnəbilərin, habelə Azərbaycan vətəndaşlarının üzərində daimi nəzarət həyata keçirilir.
Qeyd edək ki, İranda “donuz qripi” epidemiyası nəticəsində 33 nəfər ölüb
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər