"Mən onun öldüyünə inanmıram"Türkiyədə PKK terror təşkilatına qarşı başladılmış əməliyyatlar sona yaxınlaşır
Qazeta.info Bizimyol.info-a istinadla bildirir ki, Diyarbəkirin Sur qəsəbəsində PKK terrorçularının açdığı atəş nəticəsində 24 yaşlı Göksal Cin adlı əsgər şəhid olub. Şəhidin doğulduğu Zonguldaqda cənazə mərasiminə 5 min insan qatılıb.
Qeyd edək ki, ümumilikdə 22 iyul tarixindən bu günə kimi ölkə daxilində və ölkə xaricində öldürülən PKK terrorçularının sayının 5 minə çatdığı bildirilir. Rəsmi məlumatlara görə, terrorçuların çoxu şimali İraqda reallaşdırılmış bombardman zamanı məhv edilib. Cizrə və Surda isə son bir ayda öldürülən terrorçu sayının 650-ə çatdığı deyilir.
6 ay ərzində Türkiyə 285 şəhid verib.
Həmin görüntüləri təqdim edirik: