Səfirlik: İraq ərazisində İŞİD artıq mövcud deyil
14.07.2017 591 0
"İraq ərazisində İŞİD artıq mövcud deyil. Yalnız kiçik qruplar qalıb ki, yaxın zamanlarda onların da sonu çatacaq".
Məlumata görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli mətbuat konfransında deyib.
O qeyd edib ki, İraqda “qara terror”a son qoyulub: “Mosulda İŞİD istibdadına bütün İraq xalqının birləşməsi sayəsində son qoyuldu”.
Diplomat bildirib ki, bu mübarizədə iraqlılara bəzi ölkələr yardım edib, ona görə də bu, həm də onların qələbəsidir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər