Səfəvi dövlətinə aid nadir nümunə tapılıb
26.02.2015 692 0
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarix Muzeyinə Səfəvilər dövlətinin banisi, Azərbaycan hökmdarı Şah İsmayılın adından kəsilmiş gümüş sikkə - “sancaq” daxil olub.
AMEA-dan verilən xəbərə görə, İranın cənubunda yerləşən Lar-Larican şəhərində dövriyyədə olan sözügedən sancaq Şah İsmayıl və Şah Təhmasibin dövrünə aiddir. Əşyanın saç sancağına bənzəməsinə baxmayaraq, vaxtilə ondan pul vasitəsi kimi istifadə ediblər.
Qeyd edək ki, bu növdə material muzeyin Numizmatika fondunda qorunan yeganə eksponatdır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər