Əsədi şoka salan ölüm
15.03.2015 690 0.0 0

Suriya Dövlət başçısı qohumlarından birini itirib.

Məlumata görə, Suriya prezidenti Bəşər Əsədin əmisi nəvələrindən olan Məhəmməd Əsəd nəslin ata yurdu hesab edilən Lazkiyənin Qardaha qəsəbəsində öldürülüb. Bu barədə Frans Press agentliyi (AFP) xəbər yayıb. 

Əsədin başından beş güllə alaraq öldürüldüyü bildirilir. AFP-yə açılama verən fəallardan biri Məhəmməd Əsədin ailələrinə düşmənçiliyi olan başqa bir ailə ilə aralarında yaranmış münaqişədə öldürüldüyünü deyib. 

Qeyd edək ki, B.Əsədin yaxını, Məhəmməd BƏƏS rejiminə bağlı mafiya qruplarından birinin rəhbəri olaraq fəaliyyət göstərirdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar