SƏDDAM HÜSEYNİN BÖYÜK QIZI TAPILDI
24.01.2015 1053 0
Səddam Hüseynin ən böyük qızı Raghad Hüseyn, özünə yeni bir həyat qurmaq üçün qızıl məmulatları dizaynı ilə məşqul olmağa başladığını bildirib.
XəbərTürkün yaydığı məlumata görə, Atası Səddam Hüseynin hakimiyyətdən devrilməsindən sonra İngiltərədə yaşamağa başlayan Raghad Hüseyn atasının illər əvvəl özünə verdiyi bir bilərziklə yola çıxaraq ləl-cəvahirat dizaynı işlərinə başladığını söyləyib.
46 yaşındakı Raghad Hüseyn dizayn etdiyi ləl-cəvahiratın İraqdan ilhamlandığını bildirərək Bağdad ilə əlaqədar bir ləl-cəvahirat dizayn etdiyini deyib.
Xatırladaq ki, İraqda IŞİD-in bir çox bölgəni ələ geçirməsinə dəstək verdiyi bildirilən Raghad Hüseyn, daha əvvəl verdiyi açıqlamalarda da atasının yolunu dəstəkləyəcəyini bildirib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər