Suriyada Əsəd rejimi yeni dövlət qurma bəhanəsilə milyonlarla suriyalını vətəndaşlıqdan çıxartmağa hazırlaşır.
Məlumata görə, Suriyada Əsəd rejimi tərəfindən qəbul edilən yeni qanunlar çərçivəsində suriyalılar vətəndaşlıqlarını itirmə təhlükəsi ilə üz-üzə qalıb. Vətəndaşlıq hüquqlarını itirmək istəməyən suriyalılardan yeni rejimi qəbul edib 2018-ci ilin sonuna qədər yeni şəxsiyyət vəsiqələrini almaları tələb edilib.
Bu barədə məlumatı Suriyada yaradılmış Müvəqqəti Hökuməti idarə edən nazir müavini Vəci Cümə bildirib.
Onun sözlərinə görə, yeni qanunlara əsasən, təxminən 10,5 milyon suriyalı vətəndaşlıq haqlarını itirəcək.
Veci Cümə onu da qeyd edib ki, ölkə xaricində yaşayan Suriya vətəndaşları, eləcədə müxalifət bölgələrdə yaşayan 4,5 milyon suriyalı vətəndaşlıqdan çıxarılacaq. Yeni qanunlar əsasında vətəndaşlıq vermək hüququ səfirlikdən alınıb. Bu o deməkdir ki, vətəndaşlıq yalnız yeni Əsəd rejiminin hakim olduğu bölgələrə paylanılacaq.
Əsəd rejimi tərəfindən hazırlanan yeni qanun layihəsi dünən qəbul edilib./Publika.az/