Əsəd: Tramp Suriyanın müttəfiqi ola bilər
15.12.2016 650 0.0 0

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin müttəfiqi rolunda çıxış edəcəyini istisna etməyib.
 
Məlumata görə, Əsəd “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, seçkiöncəsi kampaniya zamanı Trampın terrorçuluqla mübarizə məsələləri ilə bağlı söylədikləri dəqiq və aydın olub.
 
“Təbii ki, bu, yaxşıdır. Lakin hər şey Trampın bu istiqamətdə hərəkət etməsi ilə bağlı iradəsindən asılıdır. Əgər o, bütün maneələri aşa bilsə və doğrudan da terrorçuluğa qarşı addımlar atsa, düşünürəm ki, bizim təbii müttəfiqimizə çevrilə bilər”, - deyə o vurğulayıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar