Suriya prezidenti Bəşər Əsəd 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinin Suriyaya nə qədər ziyan vurduğunu açıqlayıb. Məlumata görə, Əsəd “RİA Novosti” agentliyinə müsahibəsində bildirib ki, dəyən ziyanın həcmi 200 milyard dolları ötüb.
Bəşər Əsəd qeyd edib ki, iqtisadi vəziyyəti qısa müddətdə düzəltmək olar. “Amma infrastrukturun bərpası üçün uzun müddət lazımdır. Ümid edirəm ki, Suriyada vəziyyət yaxşılaşacaq və qaçqınlar ölkəyə qayıdacaqlar".
Suriya bildirib ki, kütləvi miqrasiyanın səbəbi təkcə terrorizm və təhlükəsizlik sahəsindəki vəziyyət deyil, eyni zamanda Qərb ölkələrinin Suriyaya qarşı tətbiq etdiyi blokadadır: “Çünki blokada üzündən təhlükəsiz zonalarda həyat səviyyəsi pisləşir və insanlar ölkəni tərk edir”
Suriya - Türkiyə sərhəddinə qaçqın axını
Suriyada dağılmış binalar
Əsəd Suriyanın federallaşmasının qeyri-mümkün olduğunu bildirib. "Suriya ərazi baxımından çox kiçik ölkədir. Ona görə də ölkənin federallaşması çətin olar. Sosioloji nöqteyi nəzərindən Suriyanın federasiyaya çevrilməsi üçün ilk əvvəl cəmiyyətdə anlaşma əldə olunmalıdır. Mən düşünmürəm ki, Suriya federallaşmağa hazır deyil”, - deyə Əsəd bildirib.
Suriyaya nəzarət edən qüvvələr
Ölkədə müharibə 2011-ci ilin martından bəri davam edir. Suriya Siyasi Araşdırma Mərkəzi ölkədə gedən daxili savaşda indiyə qədər 470 min insanın öldüyünü, 1,9 milyonun isə yaralandığını açıqlanıb. Dörd milyondan çox insan qaçqın kimi başqa ölkələrə gedib. Suriyada 5 il ərzində insanlıq faicəsi ilə bərabər ölkənin demək olar ki, bütün şəhərlərində yaşamaq üçün əlverişli olan bütün infrastruktur məhv edilib.
Suriyada uzun danışıqlardan sonra fevralın 24-də atəşkəsin elan edilib. Razılıq Suriyadakı iki böyük cihadçı qruplaşmaya – İŞİD-ə və “Əl-Qaidə”nin bir qolu olan “Ən-Nüsra Cəbhəsi”nə aid edilmir. Hazırda ABŞ, Rusiya, Türkiyə və digər maraqlı dövlətlər Suriya ərazisində terrorçulara qarşı mübarizəni davam etdirir./anspress/