Əsəd İŞİD-i bombalatdı
26.05.2015 728 0.0 0

Suriya Hava Qüvvələrinə aid qırıcılar İŞİD terror qruplaşmasının Palmira şəhərində olan mövqelərinə havadan zərbələr endirib.

Məlumata görə, Susriya HHQ-nin apardığı geniş hava əməliyyatı zamanı 50-dən çox İŞİD-çinin öldürüldüyü bildirilir. Bu barədə “Agence France-Presse” (AFP) xəbər yayıb. 

Xəbərdə bildirilir ki, hava qüvvələri İŞİD-in 160-dan çox mövqelərinə zərbələr endirib. Çox sayda terrorçu ölüb, yaralılar var. Bundan başqa, silahlar və digər lazımi döyüş ləvazimatlarının olduğu maşınlar da sıradan çıxarılıb. 

“Hava hücumları ilə yanaşı, hərbi əməliyyatlar Əs-Suqna, Araq və Əl-Xalil təbii qaz yataqları ərazisində, eləcə də Palmiraya gedən bütün yollar üzərində aparılır”, – deyə mənbənin yaydığı xəbərdə əlavə edilib.

Hücum zamanı 50-dən çox İŞİD-çinin ölməsini Suriya dövlət televiziyasında verilən xəbərlərdə də iddia ediblər.

Qeyd edək ki, İŞİD terror qruplaşması Palmira şəhərini ötən həftə ələ keçirib. Antik dövrün dini, eyni zamanda ticarət mərkəzlərindən biri hesab edilən Palmira şəhəri 1980-cı ildən etibarən UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar