ƏSƏD HAKİMİYYƏTİ ABŞ-IN PLANINDAN EHTİYYAT ETDİ
12.09.2014 1507 0.0 0
 

Bir zamanlar Əsəd rejimini devirmək üçün  hakimiyyətə qarşı silahlı qüvvələri dəstəkləyən,Suriyaya onun üzərinə silahlı hücum edəcəyi  ilə hədələyən ABŞ indi də suriyadakı terrorçulara qarşı hücumlar həyata keçirmək niyyətindədir.

 

Xatırladaq ki,ABŞ prezidenti Barak Obama, IŞİD-lə mübarizə proqramını açıqladığı dünənki çıxışında İraqdan sonra Suriyada da IŞİD-in hədəf alınacağını elan etmişdi. Obama, "İraqda olduğu kimi Suriyadakı IŞİD-ə qarşı da hərəkətə keçilməsi mövzusunda tərəddüd etməyəcəyəm" ifadələrini istifadə etmişdi.

Lakin rəsmi Suriya  bütün halda ABŞ-ın Suriya ərazilərinə girməsindən ehtiyyat edir.Belə ki,Suriya Milli Barışıq naziri Əli Heydər , Şam rəhbərliyinin icazəsi olmadan Suriya torpaqlarına ediləcək hər hansı bir ABŞ müdaxiləsini "hücum" kimi qiymətləndiriləcəyini söyləyib. 

Suriyalı nazir, ABŞ-ın İraq-Şam İslam Dövlətinə (IŞİD) qarşı əməliyyatlarını genişləndirərək Suriya torpaqlarındakı terrorçulara qarşı planla əlaqədar məqsədlərinə belə cavab verib: 
"Suriya hökumətinin razılığı olmadan ediləcək hər hansı bir hərəkət, hücum olaraq qəbul ediləcək." 

Bu arada Obamanın IŞİD-lə mübarizə coğrafiyasına Suriyanı də daxil etməsi planına Moskva rəhbərliyindən də sərt reaksiya gəlib belə ki, BMT Təhlükəsizlik Şurasının razılığı olmadan ediləcək bir əməliyyatın 'hücum hərəkəti' hesab olunacağı açıqladı. Moskva rəhbərliyi, bu addımın beynəlxalq hüquqa zidd olacağını ifadə edib. 


Teqlər:ƏSƏD HAKİMİYYƏTİ ABŞ-IN PLANINDAN E

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar