Əsəd ABŞ ordusunu Suriyaya dəvət etdi
10.02.2017 1061 0.0 0

“Terrorizmlə səmimi şəkildə mübarizə apararsa, ABŞ ordusu da Suriyada ola bilər”.

Qazeta.info Publika.az-a istinadla bildirir ki, bunu “Yahoo News” portalına müsahibəsində Suriya prezidenti Bəşər Əsəd deyib.

“Biz rusları dəvət etdik və Rusiya bu işdə səmimiyyət göstərdi. Əgər amerikalılar da eyni səmimiyyəti göstərərsə, terrorçularla mübarizə aparmaq və qalib gəlmək istəyən hər bir ölkə kimi Suriyaya gələ bilər. Ruslar yalnız öz qoşunlarını göndərmədilər, hər şeydən əvvəl onlarda dəqiq siyasi mövqe var. Buna görə də ruslar Suriyada terrorçularla mübarizədə müvəffəqiyyət qazana bildilər”, - Əsəd əlavə edib.

Suriya prezidenti həmçinin münaqişənin nizama salınma üçün Moskva və Vaşinqtonun əməkdaşlığının əhəmiyyətini vurğulayıb:

“Bu, vacibdir. Dünyanın hər hansı nöqtəsində istənilən münaqişənin həllində ruslar və amerikalıların yaxınlaşmasına ehtiyac var. Bu, yalnız Suriya üçün deyil”.

Bəşər Əsəd vurğulayıb ki, Suriyada təhlükəsizlik zonalarının yaradılması ilə bağlı ABŞ prezidenti Donald Trampın ideyası ağlabatan deyil. Onun sözlərinə görə, təhlükəsizlik zonaları yalnız stabillik və təhlükəsizliyin olduğu, terrorçuların olmadığı zaman yaradıla bilər.

Qeyd edək ki, Rusiya 2015-ci sentyabrın 30-da Suriyada hərbi əməliyyatlar həyata keçirir./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar