Əsəd ABŞ-ı «Rusiya» ilə vurdu
23.11.2015 647 0.0 0

Suriyanın prezidenti Bəşər Əsəd rəsmi Vaşinqtonu hiddətləndirəcək açıqlama ilə çıxış edib. Məlumata görə, Əsəd Rusiyanın 2 ay ərzində İŞİD-lə mübarizədə ABŞ-ın 1 ildə getdiyindən daha çox məsafə qət etdiyini deyib. 

“Rusiya silahlı qüvvələri Suriyada əməliyyatlara başlamadan əvvəl ABŞ 1 ildən artıq müddətdir ki, bu ölkədə terrorçularla mübarizə aparır. Bunun nəticəsində terrorçular daha çox torpaq ələ keçiriblər. Rusiyanın əməliyyatlarda iştirak etməsi ilə terrorçular geri çəkilməyə, Suriyadan Türkiyəyə və digər Avropa ölkələrinə qaçmağa başladılar.” - deyə Bəşər Əsəd bildirib.

Bəşər Əsəd həmçinin Suriya ordusunun bütün cəbhələrdə İŞİD-ə qarşı hücuma başladığını qeyd edib. 

Bir ildən artıq müddətdir ABŞ rəhbərliyində olan koalisiya qüvvələri Suriyada İŞİD terror qruplaşmasına qarşı hava hücumları həyata keçirir. 

Sentyabrın 29-dan bəri isə Rusiya hərbi hava donanmasının qırıcıları Suriyada İŞİD hədəflərinə aviazərbələr endirir. 

Ötən gün verdiyi bəyanatda İŞİD-i döyüş meydanında məğlub edcəkləriuni deyən ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putini Suriyada Əsəd müxaliflərini yox, sadəcə İŞİD hədəflərini vurmağa səsləyib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar