Ərzurumda qaçaq `qırmızı cıvə` aşkarlandığı iddia edilir
28.11.2016 724 0
Türkiyənin Ərzurum əyalətinin polis əməkdaşları avtomobildən 5,3 qram şübhəli maddə aşkar ediblər.
“Report” NTV-yə istinadən xəbər verir ki, həmin maddənin “qırmızı civə” olduğuna dair şübhələr var.
Belə ki, Ərzurumdan Ağrıya gedən avtomobildən aşkar edilən şübhəli maddə ilə bağlı 3 nəfər tutulub. Tərkibini müəyən etmək üçün həmin maddə Türkiyə Atom Enerjisi Təşkilatına göndərilib.
Qeyd edək ki, “qırmızı civə”nin varlığı və yoxluğu haqqında dünyada hələlik heç bir rəsmi açıqlama yoxdur. Bu maddənin nüvə silahı istehsalı sahəsində istifadə edildiyi iddia olunur.
Ümumiyyətlə, 1980-ci illərdə keçmiş SSRİ-nin “qırmızı civə”yə sahib olduğu deyilirdi. Azərbaycanda 1994-1998-ci illərdə onun “alveri” ilə məşğul olmaq istəyənlər olub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər