Ərzaq mallarında ucuzlaşma baş verib
05.08.2015 669 0.0 0

Qazeta.info Statistika Komitəsinin məlumatına əsasən bildirir ki, 2015-ci ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz ucuzlaşmışdır. 
Ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində ucuzlaşma, düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. 

 

 

Qazeta.info  bildirir ki, bundan başqa iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9 faiz, o cümlədən birillik və çoxillik bitkilərin uyğun olaraq 12,6 və 2,0 faiz, həmçinin diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşmışdır. 
Birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti ucuzlaşmış, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə bahalaşmışdır. 
Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti bahalaşmış, almanın, əriyin, alçanın, gavalının, findığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti ucuzlaşmışdır. 
Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti ucuzlaşmış, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə bahalaşmışdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar