Rüşvət videosu yayılan xanim direktor danışdı
19.02.2017 627 0.0 0

“Üç gündür ki, Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunmuşdum. Amma məsləhət belə oldu ki, işə çıxmayım. İndi oturub gözləyirəm”. Qazeta.info bildirir ki, bu sözləri Gununsesi.info-ya açıqlamasında barəsində rüşvət və korrupsiya ittihaml ilə cinayət təqibi aparılan Gəncə Musiqi Kollecinin sabiq direktoru ( Üç gün əvvəl Gəncə Dövlət Filarmoniyasına direktor təyinatı alıb-red.) Gülçin Mirzəyeva söyləyib.

Qeyd edək ki, barəsində xeyli zamandır ki, cinayət işi açılmasına baxmayaraq, üç gün əvvəl o Gəncə Dövlət Filarmoniyasına rəhbər təyin edilib. Məhz bu təyinatın açıqlanmasından bir neçə saat sonra Baş Prokurorluq Gülçin Mirzəyeva barəsində rüşvət və korrupsiya ittihamlarını əks etdirən sensasion açıqlama və video görüntülər yayıb.

Açıqlamasında Gülçin Mirzəyeva bildrib ki, barəsindəki cinayət işi ilə bağlı araşdırma başa çatmadığından danışmaq istəmir: “Bu barədə yəqin ki, açıqlama olacaq. Ona görə də mən bir şey söyləyə bilməyəcəm”.

Gülçin Mirzəyeva onu da bildirib ki, 17 fevral 2017-ci il tarixində yeni təyinat aldığı filarmoniyanın kollektivinə təqdimatı gözlənilsə də bu bəlli səbəbdən baş tutmayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar