«Russkaya planeta» : MDB məkanında 530 «qanuni oğru» var
29.05.2015 649 0
Son iki ildə kriminal avtoritetlərin “taclandırma” halları çoxalıb
“Hazırda MDB məkanında 530 “qanuni oğru” var. Bir müddət əvvəl isə onların sayı 450 nəfərə yaxın idi”. Məlumata görə, bunu “Russkaya planeta” jurnalına açıqlamasında adının gizli saxlanılmasını xahiş edən Rusiya DİN-in yüksək rütbəli polis zabiti bildirib. Onun dediyinə görə, son iki ildə kriminal avtoritetlərin “taclandırma” halları çoxalıb. “Qanuni oğrular”ın sayının artması isə bununla bağlıdır.
Zabit onu da bildirib ki, hazırda Rusiya həbsxanalarında 90-a yaxın “qanuni oğru” cəza çəkir. Bir çox “qanuni oğru” isə yaşayış yeri kimi Avropanı seçib, MDB məkanında az-az görünürlər./lent.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər