Rusların Ukraynaya girişi məhdudlaşdırılır
01.03.2015 754 0.0 0
Ukrayna Nazirlər Kabinetinin qərarı ilə 1 mart 2015-ci il tarixindən Rusiya vətəndaşlarının ölkəyə daxili pasportla girişini qadağan edilib.

 

Məlumata görə, Rusiya vətəndaşları bundan sonra Ukrayna ərazisinə yalnız xarici, diplomatik və xidməti pasportlarla daxil ola biləcəklər.

 

Hazırda Ukrayna ərazisində olan Rusiya vətəndaşları isə ölkəni gəldikləri sənədlərlə tərk edə biləcəklər.  

 

Bundan başqa, Ukrayna hakimiyyəti Rusiyanın sərhəd regionları üçün də bəzi məhdudiyyətlər tətbiq edilməsi məsələsinə baxır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar