Moskvada MDB ölkələrindən olan miqrantlara məxsus metroətrafı qanunsuz tikililərin sökülməsinə başlanılıb.
“lenta.ru”ya istinadən verilən məlumata görə, bunu Rusiya Daşınmaz Əmlakın İstifadəsinə Nəzarət Dövlət Müfəttişliyinin rəhbəri Sergey Şoqurov deyib.
Onun sözlərinə görə, ilkin olaraq 97 qanunsuz ticarət obyektinin sökülməsinə 700 ədəd texnika cəlb olunub. S. Şoqurov bildirib ki, qanunsuz tikililərin əksəriyyəti yeraltı kommunikasiya xətlərinin üzərində yerləşir.
Dövlət müfəttişliyindən bildiriblər ki, qanunsuz tikililərin könüllü şəkildə sökülməsi üçün verilən vaxt ötən gün bitib. Söküntü işləri “Çistıye prudı”, “Taqanskaya”, “Şelkovskaya”, “Partizanskaya”, “Sokol” metro stansiyaları yaxınlığında və Lyusinovskaya, Marksistskaya küçələrində aparılır. Qanunsuz ticarət obyektlərinin yerləşdiyi ərazi 50 min kv.m sahəni əhatə edir.
Qeyd edək ki, Moskva rəhbərliyi ümumilikdə 104 qanunsuz obyektin sökülməsi barədə qərar qəbul edilib. Proses fevralın sonunadək başa çatacaq./apa/