Ruslar Ağ Evə kiber hücum etdi
08.04.2015 693 0.0 0

Rus hakerlər Ağ Evin kompüter şəbəkəsinə daxil olublar.

Məlumata görə, bu barədə CNN-ə xəbər daxil olub. 

Xəbərdə bildirilir ki, hakerlər məxfi olmasa da müəyyən lazımi informasiyaları əldə etməyə nail olublar. Buraya prezidentin qeyri-ictimai işlər üçün gündəliyi də daxildir.

Bu cür informasiyalar xarici kəşfiyyat idarələri tərəfindən yüksək qiymətləndirilir. Federal Təhqiqatlar Bürosu (FBI) kiber hücumu araşdırıb və bunu indiyədək ABŞ hökumət sistemlərinə edilən ən mahir haker hücumu adlandırıb. 

Mütəxəssislərin fikrincə hücum faktı rusiyalı hakerlər tərəfindən xüsusi kompüterlərlə həyata keçirilib.

Məsələ ilə bağlı Rusiya səfirliyi və ABŞ rəsmi qurumları heç bir məlumat verməyib. 

Qeyd edək ki, analoji hadisə Ağ Evdə ötən il də baş vermiş, lakin hakerlər heç bir mənfi informasiya əldə edə bilməmişdilər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar