Rusiya Ukrayna sərhədi yaxınlığında daha bir böyük hərbi baza tikməyi planlaşdırır.
Reuters agentliyinin rəsmi sənədlərə istinadla sentyabrın 23-də yaydığı məlumata görə, Rusiyanın müdafiə nazirliyi Ukrayna sərhəddinin 45 kilometrliyində yerləşən Boquçar şəhərindəki köhnə hərbi anbarı bazaya çevirmək istəyir. Agentliyin məlumatına görə, Rusiya ayın əvvəllərində Belqorod vilayətinin Valuyki şəhəri yaxınlığında iri hərbi bazanın tikintisinə başlayıb. Bazada bir neçə min əsgər saxlamaq mümkün olacaq.
Ukrayna Rusiya sərhədi
Rus mediasına görə, fəhlələr Soloti kəndi yaxınlığında böyük bir ərazini artıq hasara alıblar. Onlar Reuters-in müxbirinə "Ukrayna casus"u deyərək, həmin ərazini tərk etməsini istəyiblər. Məlumatda bildirilib ki, baza Ukrayna sərhədindən 25 km aralıda yerləşir. Tikintinin birinci mərhələsi 2016-cı ilin aprelində başa çatacaq.
Belqorod vilayətinin Valuyki şəhəri
Bu baza da Ukrayna sərhədinin yaxınlığında yerləşir.
Ukrayna Rusiya sərhədindəki gərginlik./anspress/