Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə paytaxt Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılışı mərasimində baş verib.
Şahidlərinin sözlərinə görə, səfir sərginin açılışında çıxışına başlayan zaman naməlum şəxs "Günahsız insanları öldürdünüz, ya Allah, Bismillah, etdiklərinizə icazə verməyəcəyik. Mən buranı ölmədən tərk etməyəcəyəm, mənə yaxınlaşmayın" qışqıraraq cibindən çıxardığı silahdan 15-20 dəfə atəş açıb.
Məlumatda xeyli sayda yaralananların olduğu bildirilir.
Hadisə yerindən insanlar təxliyə edilib. Polis cinayətkarı zərərsizləşdirib.
Türkiyə mətbuatında hadisəni törədən şəxsin fotosu yayılıb.
Ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerindədir, araşdırma aparılır.