Rusiyanın Suriyadakı aviabazasına hücum olub
12.03.2018 912 0.0 0

Rusiyanın Suriyanın Latakiya vilayətində yerləşən Xmeymim aviabazasına növbəti dəfə hücum olub.

 

Məlumata görə, bu barədə "Almasdar" internet portalı məlumat yayıb.

 

Hücum zamanı bomba yüklü pilotsuz uçuş aparatından istifadə edilib. Xmeymim aviabazasındakı hava hücumundan müdafiə sistemi aparatı bazaya çatmamış məhv edib.

 

Qeyd edək ki, bundan əvvəl Xmeymim aviabazasına 10 pilotsuz uçuş aparat vasitəsilə hücum təşkil edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar