Rusiyanın quru qoşunları hücuma keçdi
12.12.2015 2770 0.0 0

Rusiya indi də Suriyada quru hərəkata başlayıb.

Məlumata görə, bu barədə Türkiyə mətbuatı yazır. Onların verdiyi xəbərə əsasən, Suriyanın Lazkiyə ərazisinə yaxın olan Türkmən bölgəsində indi də quru əməliyyatı həyata keçirilir. 

Suriya prezidenti Bəşər Əsəd rejiminə aid olan qüvvələr səhər radələrindən ölkənin Kırıkaltı təpəsindən ərazisini bombalamağa başlayıb. 

Məlumatlarda deyilir ki, Əsəd qüvvələrini dəstəkləmək üçün Rusiya ordusu da əraziyə daxil olub. Artıq Rusiya havadan deyil, eyni anda, qurudan Göydağ kəndinə doğru ordusunu yeritməyə başlayıb.

 

Bombalama nəticəsində ölən və yaralıların olduğu da deyilir. Deyilənlərə görə, Kırılaltı və Göydağ yüksək strateji əhəmiyyətə malik olduğundan atışma üçün məhz bu ərazilər seçilib.

Bundan əvvəllər də Rusiya Suriyanı bombalayıb, sadəcə zərbələri havadan endirib. Sentyabrın 30-dan etibarən Suriyanın Latakiya ərazisi yaxınlığında Bazel əl-Əsəd (“Hmeymim”) aerodromunda yerləşmiş Rusiya aviasiyası Suriyada olan İŞİD-ə ilk zərbələrini endirib.

 

 


Rusiyanın Suriyaya ilk endirdiy zərbə


Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya aviasiyası Suriyada “İŞİD” obyektlərinə zərbə endirilən əməliyyat çərçivəsində 20-yə yaxın uçuş həyata keçirib.

Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib və müsbət cavab alıb.

Bununla bağlı, Rusiya Suriyada ABŞ-a sərt ultimatum verərək, dərhal ölkədəki Amerika hərbi hava təyyarələrini geri çağırmağı tələb edib. /anspress/




Suriya, Latakiya ərazisi

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar