Rusiyanın «ölüm siyahısındakı» komandir: «O dövlət qurulacaq»
28.01.2016 728 0.0 0

Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinin pilotunun öldürən türk komandir Alparslan Çelik PKK dövlətinin qurulacağı ilə bağlı şok açıqamalar verib.


“DHA”-ya istinadən verilən xəbərə görə, adı Rusiyanın “ölüm siyahısında” olan komandir deyib: “Əgər Türkman Dağı tam olaraq işğal olunsa, türkmanlar yox olsa, həmin an Türkiyənin 950 kilometrlik sərhədi boyunca yeni PKK dövləti qurulacaq. Bu kürd dövləti deyil, İsrailin, Amerikanın, Rusiyanın ortaq quracaqları PKK dövlətidir. Qurulacaq PKK dövləti Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcək. Buna türk dövləti, türk milləti olaraq icazə verməməliyik”.


A. Çelik Türkiyə dövlətindən və millətindən kömək istədiklərini bəyan edib./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar