Rusiyanın Ermənistanda ağa olduğunu təsdiqləyən sənəd
14.06.2016 667 0.0 0

 

"Ermənistanın Rusiya ilə  Hava Hücumundan Müdafiə sistemlərini birləşdirməsi xəyanətdir. Bu razılaşma bizim imkanlarımızı məhdudlaşdırır".

Məlumata görə, bu sözləri Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı Zarui Postancyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Strateji baxımdan qiymətləndirildikdə bu razılaşmanı sadəcə xəyanət adlandırmaq olar. Rusiyanın boynumuza qoymağa çalışdığı sənədlərə baxanda elə təəssürat yaranır ki, Rusiya daim burada ağa olduğunu və buradan heç vaxt getməyəcəyini bəyan etmək istəyir. Mən hesab edirəm ki, Rusiyaya bu müqavilə ilə yeni imkanlar verilir. Bizim dövlətin müdafiəsini başqa ölkə yox, özümüz qorumalıyıq",– deyə Zarui Postancyan bildirib.

Rusiya və Ermənistan arasında 2015-ci ilin dekabrda Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləni Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan  imzalayıblar.

 

Zarui Postancyan-Ermənistan parlamentinin "İrs" partiyasından olan deputatı 

 

Ermənistan cəmiyyəti bu müqaviləni birmənalı qarşılamayıb. Ölkədə bir çox siyasi partiyalar müqavilənin təsdiqlənməsinə qarsı etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları əllərində "Toprağı, havanı verməyəcəyik", "Permyakovlar ordusuna güvənmirik, erməni ordusuna güvənirik", "Növbəti satqınlıq addımı" yazılmış plakatlar tutublar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar