Şimal qonşumuz yeni sualtı gəmisini - "İmparator 3. Aleksandr"ı suya endirib.
Məlumata görə, gəmi Rusiya prezidenti Vladimir Putinin təklifi ilə belə adlandırılıb.
Sualtı gəmi 16 ədəd "Bulava" qitələrarası balistik raket daşımaq qabiliyyətinə malikdir. Rus mühəndislərin hazırladığı "Borey" sinfi nüvə sualtısı Rusiya donanmasının xidmtinə verilib. Severodvinskdə hazırlanan "İmparator 3. Aleksandr" Borey-A layihəsi çərcivəsində suya salınan 7-ci sualtı gəmi olub. Onun uzunluğu 170 metr, eni isə 13,5 metrə bərabərdir. Gəmi 24 000 min ton su daşıma həcminə malikdir.
"İmparator 3. Aleksandr" sualtı gəmisi
Borey-A layihəsi çərcivəsində bu günə qədər rus donanmasına 3 ədəd "İmparator 3. Aleksandr" sualtı gəmisi təqdim edilib. 2020-ci ilə qədər 8 belə gəminin inşaası da planlaşdılır.
Layihənin ilk gəmizi "Şahzadə Vladimir" 2012-ci ildə suya endirilib. Ötən il isə "şahzadə Oleq" və "Kapitan Suvorov" donanmanın xidmıtinə verilib. Borey tipli sualtı gəmilər soyuq müharibədən sonra hazırlanan iki sualtı gəmidən biridir. Bu gəmilər 8000 km uzaqdakı cisimləri vura bilir./anspress/