Rusiyanın baş naziri Ərdoğanla görüşəcək
22.05.2017 682 0.0 0

Bu gün Rusiyanın baş naziri Dmitriy Medvedev İstanbula səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Məlumata görə, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

“Mayın 22-də baş nazir Dmitriy Medvedev və Türkiyə prezidenti Rəcəb Tayib Ərdaoğan arasında görüş keçiriləcək. Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək”, məlumatda deyilir.

 

Qeyd edək ki, Rusiyanın baş naziri İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammitində iştirak edəcək./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar