Rusiyalı müstəntiqlər Ankara Baş Prokurorluğunda olublar
27.12.2016 707 0
Səfir Andrey Karlovun qətlə yetirilməsi ilə əlaqədar istintaqda iştirak etmək üçün Türkiyəyə səfər edən rusiyalı müstəntiqlər Ankara Baş Prokurorunun müavini Cem İşçimenlə görüşüblər.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş iki saatadək davam edib.
Görüşün təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər