Suriyada İŞİD bəhanəsi ilə müxalifləri və vətəndaşları bombalayan Rusiya Türkiyəni İraq məsələsində həyasız davranmaqda günahlandırdı.
Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin Türkiyənin İraqda "sərbəst və həyasızca" hərəkət edə bilməsinə icazə verdiyini söylədi.
Nazir çıxışı zamanı ABŞ və Türkiyəyə qarşı sərt ifadələr işlədib. Türkiyəni nəzərdə tutan Lavrov bildirib ki, Türkiyə "İraq bizdən dəstək istədi, biz İraqı dəstəkləyirik və onlara təlimlər keçirik" bəyan edərək yalan danışır:
"Əgər ABŞ-ın liderlik etdiyi koalisiyanın "Suriyada biz terroristlərin harada olduğunu, kimi bombalayacağımızı bilirik, ona görə bizim hökumətdən heç bir icazə almağımıza ehtiyac yoxdur" deyə açıqlaması düşünürəm ki, Türkiyə, İraqa qarşı belə həyasızca davranamazdı".
Dekabrın 4-də “Türkiyə Silahlı Qüvvələri” (TSK) 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətinin Türkiyə sərhəddinə yaxın Başika bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlim keçən desant birliyində dəyişiklik edib. Bölədəki 80-90 türk əsgəri sayı 138-ə çatdırılıb.
Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu bildirilir.
Türkiyə ordusunun daxil olduğu Mosul şəhəri
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk hərbçilərinin İraqa daxil olmasının səbəbini açıqlayıb.
Ərdoğan bildirib ki, Türkiyə qoşunu İraqın şimalındakı bazada ölkə rəhbərliyinin xahişi ilə yerləşdirilib.
“Hərbçilərimiz Başika bölgəsinə ilk dəfə İraq prezidenti Fuad Məsumun xahişi ilə 2014-cü ildə yerləşdirilib”, deyə Türkiyə prezidenti bəyan edib./anspress/