Rusiyadan sərt qərar: ABŞ-la əməkdaşlıq dayandırıldı
06.10.2016 891 0
Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişini dayandırıb.
Qazeta.info APA-ya istinadla məlumat verir ki, bu barədə Rusiya hökumətinin saytında bildirilir.
Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.
Reuters agentliyinin məlumatına görə, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.
Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər