Rusiyadan Davudoğlunun istefasına münasibət: «Baş rolda Ərdoğandır»
06.05.2016 756 0.0 0

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ötən gün gözlənilmədən istefa verdiyi barədə qərarını açıqlaması dünya ölkələri liderləri tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi ölkə liderləri bəyan edib ki, Davudoğlunun istefasından sonra Türkiyədə yeni dönəm başlayacaq. Vaşinqton bəyan edib ki, Davudoğlunun istefa verməsi ABŞ-Türkiyə əməkdaşlığına təsir etməyəcək.
Rusiya da belə düşünür. Lakin Vaşinqtondan fərqli olaraq Moskva hesab edir ki, Türkiyə - Rusiya münasibətləri müsbət istiqamətdə inkişaf etməyəcək, gərgin olaraq qalacaq.

Məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Aleksey Puşkov “Rossiya 24” telekanalına müsahibsində deyib.

“Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın qərarları və meyilləri baş roldadır. Bu səbəbdən Davudoğlunun istefasından sonra hökumətdə baş verəcək dəyişiklik Rusiya – Türkiyə münasibətlərinə təsir etməyəcək”, - Puşkov deyib.

Rusiya tərəfinin açıqlamasından belə nəticəyə gəlmək olur ki, Ankara – Moskva arasında burzların əriməsi üçün Davudoğlu deyil, prezident Ərdoğan istefa verməlidir.

 

Aleksey Puşkov - Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri 



Davudoğlunun istefası ilə bağlı Ağ Ev-in açıqlaması isə belə olub:

“Baş nazir ABŞ-ın yaxşı tərəfdaşı olub, biz ona liderliyinə görə minnətdarıq. Düşünmürəm ki, bu bizim  Türkiyə ilə birgə fəaliyyətimizə, İŞİD-in zəifləndirilməsi və məhv edilməsi üzrə strategiyamıza  hansısa şəkildə təsir edəcək”.


Ağ Ev rəsmisi Coş Ernestin sözlərinə görə, Ankara Suriya ilə sərhədin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atıb. “Onlar əcnəbi silahlıların axınını azaldaraq üçün mühüm irəliləyişə nail olublar.

Davudoğlu ötən gün istefa verdiyi barədə qərarını açıqlayıb. Baş nazirin istefası ilə bağlı bəzi iddialar irəli sürülür. Bu iddialar arasında ən çox yayılanın budur ki, son vaxtlar Davudoğlu ilə Ərdoğanın fikirləri üst-üstə düşmürdü.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası mayın sonunda yeni rəhbərliyin seçilməsinə həsr olunmuş növbədənkənar iclas keçirəcək.  Davudoğlu partiya rəhbəri postuna öz namizədliyini irəli sürməyəcəyini bildirib.

Türkiyədə ənənəvi olaraq hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri baş nazir postuna təyin olunur. 

 

Prezident Rəcəb Tayyib ərdoğan və Baş nazir Əhməd Davudoğlunun görüşündən ilk foto



Türkiyə KİV-I yazır ki, Ankara kuluarlarında yeni baş nazirin 4 tanınmış siyasətçidən birinin ola biləcəyi barədə məlumatlar gəzir.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Əhməd Davudoğlu 2009 - 2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davuoğlunu baş nazir vəzifəsinə təyin edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar