İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə bölgə hökumətindən bildirilib.
“Təyyarənin arxa hissəsi və digər fraqmentləri aşkarlanıb”, - deyə mənbə bildirib.
Təyyarənin qəza nəticəsində tamamilə parçalandığı və yandığı bildirilir: “Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.
Qeyd edək ki, yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsi meşə yanğınlarının söndürülməsində iştirak edib. Onunla əlaqə iyulun 1-də səhər saatlarında itib. Qəzanın səbəbləri hələlik məlum deyil.
Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub. /apa/