Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib
19.09.2016 879 0
Rusiyada üç Azərbaycan vətəndaşı güllələnib.
Məlumata görə, bu barədə mr7.ru saytı məlumat yayıb.
Hadisə sentyabrın 18-də səhər saatlarında Leninqrad vilayətinin Qatçina şəhərində yerləşən barların birində baş verib.
Mübahisə zəminində baş verən insident zamanı barın müştərilərindən biri 20, 22 və 27 yaşlı Azərbaycan vətəndaşlarına atəş açıb.
Nəticədə onlar bədənin müxtəlif yerlərindən güllə yaraları alıblar.
Yaralı həmyerlilərimiz özləri xəstəxanaya gediblər. Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər