Rusiyada ticarət mərkəzində baş vermiş yanğında 41 uşaq ölüb
27.03.2018 853 0.0 0

Rusiyanın Kemerovo vilayətindəki "Zimnyaya vişnya" ("Qış albalısı") Ticarət-Əyləncə Mərkəzində baş vermiş yanğında 41 uşaq ölüb.

"İnterfaks"a istinadən xəbər verilir ki, bunu faciə qurbanlarının yaxınlarının yaratdığı qərargahda yerləşdirilən ölənlərin siyahısından görmək olar.

Siyahıda ümumilikdə 64 nəfərin soyadı var.

Ticarət mərkəzində yanğın martın 25-də baş verib. Yanğın mərkəzin son - kinozallar olan mərtəbəsində baş verib və bazar günü olduğundan orada çox sayda uşaq olub. 

Əlavə edək ki, hazırda Kemerovoda Sovetlər Meydanında ölənlərin yaxınlarının iştirakı ilə planlaşdırılmamış kütləvi mitinq keçirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar